Hərbçilərimiz Türkiyəyə yola düşdülər

26.04.2026

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində keçirilən “EFES - 2026” çoxmillətli təlimin növbəti mərhələsinə hazırlıq prosesi davam edir. 

Müdafiə Nazirliyindən "Unikal"a verilən məlumata görə, təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkəyə yola düşüb. Hərbi qulluqçularımız Türkiyə Respublikasının Çiğli Hava Bazasında qarşılanıblar.

Qeyd edək ki, “EFES - 2026” çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью