Hərbçilərimizin düşdüyü qəzada ölənlərin sayı 7yə çatdı

28.11.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tovuzda baş verən dəhşətli qəzada ağır xəsarət alan yeniyetmə Gəncədə yerləşən xəstəxanada ölüb.

Publika.az APA-ya istinadla xəbər verir ki,iki avtomobilin toqquşması zamanı xəsarət alan 13 yaşlı Zaur Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ağır yol-nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mersedes"lə "VAZ 2106 " markalı minik maşınları toqquşub. Qəza zamanı 5-i hərbçi olmaqla, 6 nəfər hadisə yerində ölüb.

Qəza ilə bağlı cinayət işi açılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью