Hərbçilərimizin düşdüyü qəzada ölənlərin sayı 7yə çatdı | Icma.az
Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hərbçilərimizin düşdüyü qəzada ölənlərin sayı 7-yə çatdı Tovuzda baş verən dəhşətli qəzada ağır xəsarət alan yeniyetmə Gəncədə yerləşən xəstəxanada ölüb.
Sonxeber.az APA-ya istinadla xəbər verir ki,iki avtomobilin toqquşması zamanı xəsarət alan 13 yaşlı Zaur Həsənovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ağır yol-nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mersedes"lə "VAZ 2106 " markalı minik maşınları toqquşub.
Qəza zamanı 5-i hərbçi olmaqla, 6 nəfər hadisə yerində ölüb. Qəza ilə bağlı cinayət işi açılıb.
Sonxeber.azŞikayətiniz varsa Whatsapp: 051 7028255 Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu