Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tovuzda baş verən dəhşətli qəzada ağır xəsarət alan yeniyetmə Gəncədə yerləşən xəstəxanada ölüb.
Hurriyyet.az APA-ya istinadla xəbər verir ki,iki avtomobilin toqquşması zamanı xəsarət alan 13 yaşlı Zaur Həsənovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ağır yol-nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mersedes"lə "VAZ 2106 " markalı minik maşınları toqquşub.
Qəza zamanı 5-i hərbçi olmaqla, 6 nəfər hadisə yerində ölüb. Qəza ilə bağlı cinayət işi açılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.