Hərbçilərimizin öldüyü qəzanın DƏHŞƏTLİ VİDEOSU

28.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Tovuzun Əlimərdanlı kənd yolunda baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsinin videosu yayılıb. 

Bakıvaxtı.az Avtosfer.az-a istinadla xəbər verir ki, 5 hərbi qulluqçunun vəfat etdiyi qəza zamanı hərəkətdə olan "Mercedes" və "Vaz" markalı avtomobillər toqquşub. 

Hadisə nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью