Hərbçilərimizin öldüyü qəzanın dəhşətli VİDEOSU

28.11.2024

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tovuzun Əlimərdanlı kənd yolunda baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsinin videosu yayılıb. 

Redaktor.az avtosfer.az-a istinadla xəbər verir ki, 5 hərbi qulluqçunun vəfat etdiyi qəza zamanı hərəkətdə olan "Mercedes" və "Vaz" markalı avtomobillər toqquşub. 

 Hadisə nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью