Hərbçilərin bəzi qanun pozuntularına görə cərimələri artırılır

03.11.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Hərbi qulluqçuların törətdiyi bir sıra inzibati xətalara görə cərimələrin artırılması və inzibati həbs müddətlərinin dəyişdirilməsi təklif olunur.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan  İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, hərbi qulluqçular tərəfindən törədilmiş inzibati xətalarla bağlı qərarların və protokolların surətləri dərhal hərbi prokurora göndəriləcək. Hərbi prokuror həmin sənədləri yoxlayacaq, qanuni əsaslar olduqda müvafiq yazılı göstəriş verəcək.

Bundan başqa, hərbi prokuror inzibati xəta haqqında işin başlanılmasının rədd edilməsi və ya icraata xitam verilməsi barədə qərarların qanuniliyini və əsaslılığını 30 gün müddətində yoxlayacaq. Qərar qanunsuz və ya əsassız hesab edildikdə, hərbi prokuror onu ləğv edə və qanunvericilikdə nəzərdə tutulan müvafiq qərar qəbul edə biləcək.

Layihədə hərbi qulluqçunun xidməti vəzifələrinin icrası və ya digər üzrlü səbəblərdən dərhal məhkəməyə gələ bilmədiyi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun isə məhkəməyə gətirilə bilmədiyi hallarda inzibati həbs nəzərdə tutan işlərə müəyyən edilmiş prosessual müddətdə baxılması da nəzərdə tutulur.

Dəyişikliklə İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan pozuntuya görə məsuliyyət də sərtləşdirilir. Belə ki, pozuntunun törədilməsinə görə nəzərdə tutulan müddət üç ildən bir ilə endirilir, cərimə 200 manatdan 300 manatadək müəyyən olunur. Həmçinin işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək inzibati həbs tətbiq edilə bilər.

613.4-cü maddə üzrə isə cərimənin 300 manatdan 500 manatadək müəyyən edilməsi, alternativ olaraq 10 gündən bir ayadək inzibati həbs tətbiqi təklif olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq Birinci oxunuşda qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью