Hərbçilərin həyat yoldaşlarına 400 manat müavinət veriləcək

17.11.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur

Modern.az xəbər verir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa təklif edilən dəyişikliyə əsasən, hərbi qulluqçunun yeni xidmət yerinə köçməsi nəticəsində həyat yoldaşının həmin ərazidə işlə təmin olunması mümkün olmadıqda, ona minimum aylıq əməkhaqqı məbləğində pul müavinəti ödənilməsi nəzərdə tutulur.

Dəyişikliklər sözügedən Qanunun 21-ci maddəsini əhatə edir.

Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 114 və 135-ci maddələrinə uşağa qulluqla bağlı dəyişikliklər təklif olunur.

Eyni zamanda, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 87 və 88-ci maddələrinə, eləcə də “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə dəyişikliklər nəzərdə tutulur.

Təklif olunan yeniliklər hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, xidmət şəraiti ilə əlaqədar yaranan məşğulluq problemlərinin yumşaldılmasına və müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsinə yönəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью