Hərbçilərin məzarlarını çəkirdi, 14 il həbs cəzası aldı

08.09.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın Yaroslavl Vilayət Məhkəməsi 48 yaşlı yerli sakini dövlətə xəyanətdə təqsirli bilərək 14 il müddətinə azadlıqdan məhrum edib.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, məhkəmənin məlumatına görə, kişi 2024-cü ilin oktyabrından etibarən hərbi qulluqçuların dəfn olunduğu xatirə qəbiristanlığını mütəmadi ziyarət edib və oradakı məzarların gizli foto və videolarını çəkib.

İddia olunur ki, o, topladığı məlumatları Ukrayna kəşfiyyatının nümayəndələrinə ötürüb.

Məhkəmə əlavə olaraq ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib.

Qeyd edək ki, hökm hələ qanuni qüvvəyə minməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью