Hərbçilərin pensiyaları elektron qaydada təyin ediləcək

13.10.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Hərbçilərlə bağlı pensiya təyinatı sisteminin sadələşdirilməsi onların pensiyalarının elektron qaydada və hər hansı ünvana getmədən qısa müddətdə təyin olunmasına imkan yaradacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 13 oktyabr tarixli iclasında “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və digər qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, təklif olunan dəyişikliklər pensiya məbləğləri ilə pensiya təminatı xərcləri arasındakı fərqlərin nəzərə alınmasına və pensiyaların fərdi şəxsi hesablarda qeydə alınan pensiya kapitalı əsasında müəyyənləşdirilməsinə yönəlib.

Onun sözlərinə görə, hərbi qulluqçuların pensiya təminatı ilə bağlı islahatlar onların gələcək pensiyalarının artırılmasına da imkan yaradacaq. Xidmət müddətinin uzadılması, vəzifə və rütbələrin yüksəlməsi əməkhaqqının və müvafiq olaraq pensiya kapitalının artmasına şərait yaradacaq.

A.Nağıyev vurğulayıb ki, dəyişikliklər hərbi qulluqçuların daha uzun müddət xidmət etməsini stimullaşdırmaqla yanaşı, pensiya təyinatı prosesini də sadələşdirəcək.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью