Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub.
Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub.
Sakinlər hadisənin baş verdiyi ərazidə işıqlandırmanın olmadığını deyirlər.
Onların sözlərinə görə, yolun qaranlıq olması həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.
Daha ətraflı videomaterialda:
YouTubehttps://www.youtube.com/watch?v=6mgkvD9B3cY
***
Azərbaycan Ordusunun hərbçisi yol qəzasında həyatını itirib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən kapitan Elxan İsayevi vuraraq öldürüb.