Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qədim Xaliq oğlu İbrahimov Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Oxu.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib.
Vəziyyəti kafidir. Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları