Hərbçimiz minaya düşüb MN açıqlama yaydı

10.11.2024

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib: "Vəziyyəti kafidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью