Hərbçimiz yol qəzasında HƏLAK OLDU

04.09.2025

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəmkir rayonunun Dəllər qəsəbəsində yol qəzası baş verib.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, qəsəbə sakini, "N " saylı hərbi hissənin giziri, 1996-cı il təvəllüdlü Nurəddin Mirzəyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili körpüdən aşırıb.

Nəticədə sükan arxasında olan Nurəddin Mirzəyev ölüb.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью