Hərbçimizin dünyasını dəyişdiyi bildirilir | Icma.az
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir. Azərbaycan Ordusunun hərbçisinin Daşkəsəndə vəfat etdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumata görə, Zaqatala rayonunun Qımır kəndindən olan gizir, 1986-cı il təvəllüdlü Sadiq Əsgərov hərbi nəqliyyat vasitəsinin altında qalaraq həyatını itirib.
Bildirilir ki, o ailəli olub və 3 övladı var imiş. Allah rəhmət eləsin!
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu