Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın Sünik (Zəngəzur – red.) vilayətinin Sisian icmasına daxil olan Şaki yaşayış məntəqəsində Azərbaycan hərbçisinin saxlanıldığı deyilir.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, onun artıq 4-5 gündür sərhədi keçdiyi iddia edilir.
Məlumata görə, həmin əsgər saxlanılıb və ona cinayət işi açılıb.
Erməni mediası məsələnin diversiya olduğunu iddia etməyə çalışsa da, Ermənistan Müdafiə Nazirliyi bunu təkzib edib və heç bir ölüm, hücum faktının olmadığını vurğulayıb.
Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan əsgərinin Laçında yoxa çıxdığı açıqlanmışdı. Zəngəzurda saxlanılan əsgərin həmin hərbçimiz olub-olmadığı məlum deyil.
Azərbaycan Müdafiə Nazirliyi sözügedən iddialarla bağlı hələ ki açıqlama verməyib.