Hərbçimizin meyiti kanaldan tapıldı Fotolar

23.04.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Ötən gün Bərdə rayonu Lənbəran kənd sakini 1983-cü il təvəllüdlü Hafiz Zülfüqarovun meyiti Qarabağ suvarma kanalından tapılıb.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, H.Zülfüqarov Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub.

O, gizir rütbəsində xidmət edirdi.

İlkin məlumata görə, H.Zülfüqarov ürəktutmadan vəfat edib. Daha sonra Qarabağ suvarma kanalına düşüb. 

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью