Hərbçimizin ölümü araşdırılır

26.05.2025

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycan hərbçisi ölüb.
Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Fariz İsayevin ölüm faktı əsasında Sumqayıt Hərbi Prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual hərəkətlər icra edilib.
Faktla bağlı Sumqayıt Hərbi Prokurorluğunda cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən müvafiq qərarın qəbul edilməsi təmin ediləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью