Hərbçmiz Goranboyda MİNAYA DÜŞDÜ

10.11.2024

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью