Hərbi attaşenin köməkçisi Polşada həbs edildi

12.08.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

Qazaxıstanın Ukraynadakı səfirliyinin hərbi attaşesinin köməkçisi Polşada casusluqda şübhəli bilinərək saxlanılıb.

Lent.az xəbər verir ki, bu haqda “Kazinform” dövlət agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.

"Redaksiyaya daxil olan məlumata görə, saxlanılan şəxs Qazaxıstan Respublikasının Ukraynadakı səfirliyinin hərbi attaşesinin köməkçisi olub. Mənbələrin verdiyi məlumata görə, həbs Polşa hüquq-mühafizə orqanları tərəfindən casusluq kimi təsnif edilən fəaliyyətlə bağlı işin istintaqı çərçivəsində həyata keçirilib", - məlumatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью