Hərbi bazada PARTLAYIŞ: 3 nəfər...

23.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Cənubi Koreyada partlayış olub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə ölkənin cənub-şərqində yerləşən Gimhae şəhərindəki hərbi bazada qeydə alınıb.

Məlumata görə, hadisə Kimxe təchizat bazasında yeni tikilmiş təhlükəli materialların saxlanması çəninin yoxlanılması zamanı baş verib.

Partlayış nəticəsində üç nəfər yanıq xəsarətləri alıb. Onların həyati təhlükəsi olmadığı bildirilir.

Partlayışın səbəbi hələlik müəyyən edilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью