Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Milli Təhlükəsizlik Konsepsiyası ilə yanaşı, “Milli Təhlükəsizlik Haqqında” Qanunuun, Hərbi Doktrinanın məğzində duran birinci məsələ Qarabağın işğaldan azad olunması idi.
Şükürlər olsun ki, biz bu məsələni həll etdik, Qarabağ işğaldan azad olunub və hesab edirəm ki, artıq həmin doktrinaların dəyişməsinin zamanı gəlib”.“AzPolitika” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov “Modern.az” saytına müsahibəsində “2007-ci ildə Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası hazırlanıb.
Bu konsepsiyada Azərbaycanın təhlükəsizliyi üçün əsas prioritet Qarabağ məsələsi idi, həmçinin Avro-Atlantik məkana inteqrasiya xarici siyasətdə əsas istiqamət kimi götürülmüşdü.
Bu gün Qarabağ işğaldan azad edilib. Görünən odur ki, xarici siyasətimiz də xeyli dəyişib.
Bu baxımdan Konsepsiyada hansı dəyişikliklər olmalıdır” sualını cavablandırarıkən deyib.“Konstitusiyamıza və Hərbi doktrinamıza müvafiq olaraq biz müdafiə xarakterli siyasət aparmışıq.
Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur, Silahlı Qüvvələrimiz yalnız Azərbaycanın müdafiəsi ilə məşğuldur.
Bizim heç vaxt kiməsə hücum etmək niyyətimiz olmayıb, olmayacaq da.