Hərbi ekspert: Kiyev ən ağır şərtlərlə sülhə gəlməlidir

17.07.2025

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Amerikalı hərbi ekspert Daniel Devis Ukraynanı məğlubiyyətlə barışmağa çağırıb.
Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis özünün YouTube kanalında danışıb.
Onun sözlərinə görə, Ukrayna rəhbərliyi Rusiyanın şərtləri ilə sülhə razılaşmalı, döyüş meydanında ona qalib gəlməyə ümid etməməlidir.
“Əks halda Kiyev hər şeyini itirmək riski ilə itkilər verməkdə davam edəcək. Mübarizəni davam etdirmək, sadəcə olaraq, hansısa dəyişikliklərə ümid etmək onları Rusiyanın şərtləri ilə ağlabatan seçim etmələrinə mane olur. Baxmayaraq ki, indi Moskva ən əlverişsiz variantları irəli sürür”,- Devis bildirib.
E. KAMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью