Hərbi eskalasiya mümkün görünür XƏBƏRDARLIQ | Icma.az
News24 saytına istinadən Icma.az xəbər verir. “Ermənistan 2024-cü ildə sülhdən yayındı.
Baxmayaraq ki, Azərbaycanın təklifləri və ikitərəfli sülh müqaviləsinin bəndləri razılaşdırılıb.
Əgər Ermənistan sülh müqaviləsinin 17 bəndinə razılaşıb, 15-nə əməl edibsə, niyə ikisinə praktiki əməl etmir?”Bunu Musavat.com-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.Ekspert deyib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından geri çəkilməli, Minsk qrupunun buraxılmasına dair bəyanat verməli, sərhəddə Avropa İttifaqının yarımhərbi mülki missiyasının mandatını uzatmamalıdır:“Amma Ermənistan bu təkliflərə əmək etmir.
Sadəcə təklif edir ki, dəmir yolu xəttini açaq. Bu, manipulyasiyadır.
Hüquqi baza yaradılmalı və sülh olmalıdır ki, kommunikasiya xətləri açılsın”.Siyasi şərhçi bildirib ki, Ermənistan bir tərəfdən Fransa vasitəsilə silahlanır, ordusunun tərkibində “Yerkrapa” kimi faşist ideologiyalı terror təşkilatını Azərbaycanla şərti sərhəddə yerləşdirir:“Onlar da Azərbaycana qarşı təxribatlara əl atır.
Ermənistan hakimiyyəti bunu qəsdən edir. Guya Ermənistan ordusu burada məsuliyyət daşımır.
Ermənistan rəhbərliyi atəşkəsin pozulmasına görə məsuliyyət daşıyır.
Bunu edirsə, əlavə hücum bunkerləri qurursa, demək Ermənistan sülhdə maraqlı deyil.
Tam oxu
Xəbəri oxu