Hərbi geyimlə bağlı yeni qanun təsdiqlənib

25.04.2025

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyənləşib.
Reyting.az
xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişikliyi təsdiqləyib.
Belə ki, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, habelə Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü və Anım Günündə daşıya biləcəklər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью