Hərbi Hava Qüvvələrinin aviasiya bölmələri təlim məşq uçuşlarını icra ediblər FOTOLAR VİDEO

10.02.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələri təlim-məşq uçuşlarını icra ediblər. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.

Təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra plana uyğun olaraq, havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqları icra olunub.

Təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

https://youtu.be/QnQ4Toqc50k

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью