Hərbi hissədə komandaqərargah təlimi keçirilib AZƏRTAC

15.11.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 15 noyabr, AZƏRTAC

Cari ilin hazırlıq planına əsasən "N" hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin ilkin mərhələsində bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb, tapşırıqlar dəqiqləşdirildikdən sonra döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər icra edilib.

Sonra bölmələrin ərazidə maskalanması, eləcə də müdafiə və mühafizənin təşkilinə dair fəaliyyətlər icra olunub.

Qarşıya qoyulan tapşırıqlar təlimə cəlb olunan bölmələr tərəfindən dəqiq və vaxtında yerinə yetirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью