Hərbi pilotlarımızın peşəkarlığı artırılır

03.11.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müdafiə nazirinin 2026-cı il təsdiq etdiyi tədbirlər planına əsasən, hərbi pilotlarımızla təlim-məşq uçuşları icra edilib.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, təlimin planına uyğun olaraq, pilotların uçuşların şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.

Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 ML və L-39 hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.

Hərbi pilotlar havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqlarını icra ediblər.

Təlim uçuşlarının keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki döyüş vərdişlərinin və ölkənin hava məkanında yaranmış yeni təhdidlərə qarşı uçuş bacarıqlarının yüksəldilməsindən ibarətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью