Hərbi polis formasında qızıl oğurlayan 9 nəfər məhkəməyə göndərildi

02.08.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Şanlıurfa vilayətində hərbi polis forması geyinərək saxta yoxlama məntəqəsi quran və qızıl daşıyan avtomobili saxlayaraq təxminən 13 kiloqram qızıl və 2 milyon lirəni ələ keçirən 9 şübhəli saxlanılıb.

Avtosfer.az türk mediasına istinadla xəbər verir ki, polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərin kimliyi qısa müddətdə müəyyən edilib. Mardin və Kızıltepedə keçirilən eyni vaxtlı əməliyyat zamanı saxlanılan 9 nəfər istintaqdan sonra məhkəməyə göndərilib.

Hadisə zamanı yaralanan şəxslərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Oğurlanan qızıl və pulun tapılması, həmçinin hadisənin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью