Hərbi prokurora yeni müavin təyin olundu

14.07.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb. Baş prokurorun əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Ağakişi Acalov Sumqayıt Hərbi Prokurorluğunun rəisi təyin edilib.

Baş prokurorun digər əmri ilə Nihat Şıxəliyev Respublika Hərbi prokurorun müavini təyin olunub. O, bu vəzifədə Mehdi Hüseynzadəni əvəzləyib. N.Şıxəliyev bu təyinatadək Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью