Hərbi Prokurorluqda kadr dəyişikliyi olub

19.09.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hərbi Prokurorluqda yeni kadr təyinatı olub. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev vəzifəsindən azad olunub.

APA-nın məlumata görə, hərbi prokuror Bəhruz Əhmədov bununla bağlı əmr imzalayıb.

Bu vəzifəyə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью