Hərbi Prokurorluqda kadr dəyişikliyi olub

14.07.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Respublika hərbi prokurorunun müavini işdən azad olunub.
APA-nın xəbərinə görə, Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, hərbi prokurorun müavini Mehdi Hüseynzadə vəzifəsindən azad edilib. Bu vəzifənin icrası Hərbi Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi Nihad Şıxəliyevə həvalə olunub.

Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov Sumqayıt Hərbi prokuroru təyin edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью