Bizim media saytına istinadən Icma.az xəbər verir. Dekabrın 9-da Hərbi Prokurorluqda dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri He
Tədbirdən əvvəl mərasim iştirakçıları nəhəng şəxsiyyətin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən büt
Mərasimdə çıxış edən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qəlbi daim Vətən eşqi ilə döyünən, b
Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə qayıdışından sonra vəziyyət müsbətə doğru dəyişib.
Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb.
Bununla da Azərbaycan tərəqqi yoluna qədəm qoyub. Bu il Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümüdür.
Dahi insanın müqəddəs vətənpərvərlik missiyası ilə bağlı maarifləndirmə ilə əlaqədar Hərbi Prokurorluq tərəfindən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları, eləcə də müxtəlif dövlət qurumları, şəhər və rayon rəhbərlikləri ilə birlikdə 20-dən artıq tədbir keçirilib”.Hərbi prokuror X.Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 21 il ərzində ölkəmizdə misilsiz işlər görülüb, çoxşaxəli köklü islahatlar həyata keçirilib, bütün istiqamətlərdə misli görünməmiş uğurlar əldə olunub:“Ölkəmizdə bu il keçirilən COP29 dövlətimizin gücünün və ölkə rəhbərinin nüfuzunun bariz nümunələrindən biridir.
Prezident İlham Əliyevin dərin zəkası, mükəmməl rəhbərliyi və xalqın müdrikliyi, əzmkarlığı, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın sayəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimiz formalaşıb.