Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hərbi Prokurorluqda Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib Dekabrın 9-da Hərbi Prokurorluqda dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasındakı "Heydər Əliyev guşəsi"ndə, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, böyük insanın parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Tədbirdən əvvəl mərasim iştirakçıları nəhəng şəxsiyyətin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla anıb, qazilərə şəfa diləyiblər.
Mərasimdə çıxış edən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran, istiqlal yolumuzu və istiqbalımızı işıqlandıran Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən ətraflı danışıb.
X.Vəliyev bildirib ki, şərəfli ömrünü ölkəmizin hərtərəfli inkişafına və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider Heydər Əliyev dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb: "Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ Ulu Öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə işlənib hazırlanıb.
Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə qayıdışından sonra vəziyyət müsbətə doğru dəyişib.
Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb.