Hərbi prokurorun müavini sərəncama göndərildi Yeni təyinat (FOTO)

19.09.2025

Icma.az bildirir, Mia.az portalına istinadən.

Respublika Hərbi prokurorunun müavini ədliyyə general-mayoru Fuad Məmmədov vəzifəsindən azad edilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

Əmrə əsasən, F.Məmmədov sərəncama götürülüb.

Digər əmrlə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov hərbi prokurorun yeni müavini təyin edilib.

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью