Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisdə birinci oxunuşda müzakirə olunmuş "Hərbi vəzifə və hərbi xidmət haqqında qanun"a təklif olunan dəyişikliklər zərurətdən və günün reallığından doğur.
“Report”un məlumatına görə, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
O qeyd edib ki, ərazi bütövlüyü təmin ediləndən və Qarabağda separatizmin kökü kəsiləndən sonra ordu quruculuğunda həm strukturlaşma, həm də qanunvericilik müstəvisində dəyişikliklərin edilməsi zərurəti yarandı: “Bu mənada dəyişiklər olduqca əhəmiyyətlidir.
Dəyişikliklər hərbi çağırışla bağlı prosedurları sadələşdirəcək, bu sahədə şəffaflığı artıracaq”.
Layihədə hərbi vəzifələrin icrası ilə əlaqədar vətəndaşlar tərəfindən elektron kabinetlərin yaradılmasının nəzərdə tutulduğunu deyən M.Vəliyeva bildirib ki, qanun qəbul ediləndən sonra çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların vərəqələri vətəndaşın elektron kabinetində yerləşdiriləcək.
Müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaş həddinin 35-dən 30 yaşa endirilməsi ilə bağlı layihədə olan dəyişikliyə toxunan M.Vəliyeva vurğulayıb ki, 30 yaşına qədər möhlət hüququndan yaralanmış vətəndaşların bu yaşdan sonra həqiqi hərbi xidməti vəzifəsindən azad edilməsi onların karyera pillələrində fasilə vermədən yüksəlmələrinə imkan verəcək.
Mehriban Vəliyeva Deputat hesab edir ki, Azərbaycan-Ermənistan arasında hərbi qarşıdurma ehtimalının azalması, gərginliyin səngiməsi və sülh danışıqlarının intensivləşməsi bu islahatları vacib edir.