Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib FOTO

26.01.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində könüllü qanvermə aksiyası təşkil edilib.

Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması məqsədilə keçirilən aksiyada hərbi hissənin şəxsi heyəti iştirak edib. Donorlar Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının səyyar tibb briqadası tərəfindən müayinə olunduqdan sonra onlardan qan götürülüb.

Qeyd edək ki, toplanan qan ehtiyatı yoxlanıldıqdan və sertifikatlaşdırıldıqdan sonra Respublika Talassemiya Mərkəzinə təhvil veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью