Hərbi qulluqçular təltif edildi FOTO

07.07.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Baş direktoru və bir qrup hərbi qulluqçunu müxtəlif medallarla təltif edib.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə", general-mayor Elmir İbrahimov "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə "Şücaətə görə" medalı ilə təltif olunublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью