Hərbi qulluqçularımız Agile Spirit 2025 təlimində iştirak edirlər

07.08.2025

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən "Agile Spirit - 2025" təlimində müşahidəçi qismində iştirak edir. 

BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İlkin mərhələsi Gürcüstanın Vaziani və Norio Təlim mərkəzlərində kompüter dəstəkli komanda-qərargah təlimi kimi keçirilən "Agile Spirit - 2025"in hava desant birliklərinə aid komponenti isə qardaş ölkə Türkiyə Respublikasında icra olunub.

Təlimin məqsədi Qara Dəniz regionunda sülh və sabitliyə töhfənin verilməsi, eləcə də ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin artırılmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью