Hərbi qulluqçuların cinayət işi sadələşdirilmiş qaydada araşdırılacaq

25.06.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləsinə əlavə edilən yeni - 214.4-1-ci maddədə əksini tapıb.

Bununla əlaqədar hərbi məhkəmələrin baxdığı işlər siyahısına məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallar daxil edilib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью