Hərbi qulluqçumuz vəfat etdi Foto KONKRET

24.02.2025

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib. 

KONKRET.az-ın xəbərinə görə, Müdafiə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Məcidov Maqbet Xətai oğlunun ölümünə səbəb ildırım sürətli vaskulit ilkin diaqnozudur.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью