Hərbi Təhlükəsizlik və Müdafiə Universiteti yaradılacaq

30.07.2025

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Özbəkistanda Hərbi Təhlükəsizlik və Müdafiə Universiteti yaradılacaq.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mütəxəssislər 20-dən çox ölkənin təcrübəsini öyrənərək yeni milli model hazırlayıblar. O cümlədən, Silahlı Qüvvələrin Akademiyasının yenidən təşkili və onun bazasında Hərbi Təhlükəsizlik və Müdafiə Universitetinin yaradılması təklif edilir. Universitetin tərkibinə Müdafiə Nazirliyinin bütün hərbi təhsil müəssisələri - 5 institut, İnstitut statuslu Çavuş Hazırlığı Ali Məktəbi, Aviasiya və Pilotsuz Uçuş Mütəxəssisləri Hazırlığı Məktəbi daxil olacaq. Bu, qoşunların döyüş potensialının artırılmasına, dual təhsilin genişləndirilməsinə, elmi tədqiqatların praktikada həyata keçirilməsinə xidmət edəcək mərkəzləşdirilmiş şaquli sistem yaradacaq.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью