Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cənubi Koreya Hərbi Hava Qüvvələri KF-16 qırıcısı hərbi təlim zamanı atış məsafəsindən kənara 8 bomba atıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə sərhəddə yerləşən Poçeon şəhərində baş verib. Nəticədə 15 nəfər yaralanıb.
Yaralananlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir. Mülki əraziyə düşən 8 bombadan yalnız birinin partladığı ehtimal edilir.
Hadisədən sonra kilsə və evlərə də ziyan dəyib. Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləy