Hərbi təyyarə məktəbə çırpıldı Ölənlər var (YENİLƏNİB)

21.07.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Banqladeş Hərbi Hava Qüvvələrinə aid F-7 BGI təlim təyyarəsinin ölkənin paytaxtında kollec şəhərciyində qəzaya uğraması nəticəsində 19 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Associated Press yazıb. 

Qəza nəticəsində uşaqlar da daxil olmaqla 50-dən çox insan yaralanıb.

Təyyarə Banqladeşin paytaxtı Dəkkə şəhərinin şimalında qəzaya uğrayıb. 

***14:07

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Dəkkədə məktəb şəhərciyinə düşüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı bir nəfər ölüb, əksəriyyəti tələbələrdən olan 13 nəfər yaralanıb.

Banqladeş Ordusu qəzaya uğrayan təyyarənin F-7 BGI olduğunu açıqlayıb.

Gülayə Mecid


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью