Hərbi təyyarə qəzaya uğradı, əhali kömək əvəzinə səpələnən pulları taladı

02.03.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Boliviya ordusuna məxsus təyyarə La Paz şəhəri yaxınlığında qəzaya uğrayıb.

Avtosfer.az xəbər verir ki, əlverişsiz havaya görə eniş edə bilməyən təyyarə hərəkətin sıx olduğu küçəyə düşüb. Hava gəmisinin füzelyajı 2 hissəyə bölünüb. Qopan detallar çox sayda avtomobilə zərər verib.

Qəza nəticəsində 20 hərbçi həlak olub, 28 nəfər xəsarət alıb. 
İşin maraqlı hissəsi qəzadan sonra baş verib. Əhali yaralılara kömək etmək əvəzinə səpələnən pulları toplamağa çalışıb. Məlum olub ki, hərbi təyyarə Boliviya bankına məxsus pulları daşıyırmış.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью