Hərbi təyyarə qəzaya uğraydı; Pilotlar itkin düşüb | Icma.az
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır. Vyetnamın mərkəzi Binh Dinh əyalətində hərbi təyyarə qəzaya uğrayıb.
Hadisə nəticəsində Hərbi Hava Qüvvələrinin iki pilotu itkin düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Vyetnam xəbər agentliyi (VNA) məlumat yayıb.
Bildirilib ki, qəza pilotlar çətin hava şəraitində eniş etmək istəyərkən baş verib.
Müdafiə Nazirliyi pilotların təyyarədən paraşütlə tullana bildiyini qeyd edib. Onların axtarışı davam edir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu