Hərbi təyyarə qəzaya uğrayıb

22.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Mərakeşdə pilotların təlimi üçün nəzərdə tutulan "Da-42" tipli təlim təyyarəsi havaya qalxdıqdan dərhal sonra Bin Süleyman bölgəsindəki hava bazasında qəzaya uğrayıb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu haqda Mərakeş ordusundan verilən açıqlamada bildirilib.

Məlumata görə qəza zamanı Hərbi Hava Qüvvələrinin iki zabiti həlak olub.

Qəzanın səbəblərini araşdırmaq üçün istintaq komissiyası yaradılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью