Hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

29.07.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Mərakeşin şimalındakı Fes-Saiss hava limanında “Alphajet” təlim təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Maghreb Arabe Presse" agentliyi məlumat yayıb. Qeyd olunur ki, hadisə zamanı Krallığın Hərbi Hava Qüvvələrinin təlim missiyasında olan iki zabiti həlak olub. Mərakeş Krallığının Silahlı Qüvvələri həlak olanların ailələrinə başsağlığı verib. Hadisənin səbəblərini müəyyən etmək üçün istintaq komissiyası yaradılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью