Hərbi təyyarə San Dieqo körfəzinə düşüb

13.02.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ-nin Kaliforniya ştatında hərbi təyyarə San Dieqo körfəzinə düşüb və iki pilot xilas edilib.

"Cebheinfo.az" xəbər verir ki, San Dieqo Yanğınsöndürmə İdarəsi yerli medianı San Dieqo körfəzinə düşən hərbi təyyarə ilə bağlı məlumatlandırıb.

Yanğınsöndürmə rəsmilərinin bildirdiyinə görə, göyərtəsində iki pilotun olduğu E/A-18 G Growler hərbi təyyarəsi yerli vaxtla səhər saat 10:16 radələrində Şimal Adası Dəniz Hava Stansiyasının yaxınlığında San Dieqo körfəzinə düşüb.

Təyyarədən sağ çıxmağı bacaran iki pilot balıqçı qayığı ilə sudan çıxarılıb və xəstəxanaya aparılıb.

Pilotların ölüm təhlükəsinin olmadığı və təyyarənin qəzaya uğrama səbəblərinin araşdırıldığı bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью