Hərbi təyyarədə ölənlər arasında general da var VİDEO

26.02.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Sudanda hərbi təyyarə qəzaya uğrayıb. Təyyarə havaya qalxdıqdan sonra texniki nasazlıqlar səbəbindən yaşayış binasına çırpılıb.
Bizim.Media xəbər verir ki, qəza nəticəsində ölənlərin sayı 46-ya çatıb.
Qeyd edək ki, öncə ölənlərin 19 nəfər olduğu deyilirdi.
Xatırladaq ki, ölənlər arasında Xartumda yüksək rütbəli komandir, əvvəllər hərbi dairənin keçmiş komandanı çalışmış general-mayor Bahr Əhməd də var.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью